Kriptovalyuta bazarında yanvarın 7-dən etibarən başlayan satışlar yenidən sürətlənib.
Kriptovalyuta bazarının kapitallaşması yenidən 500 mlrd. dollardan aşağı enib və hazırda 477 mlrd. dollar təşkil edib.
Qeyd edək ki, kriptovalyuta bazarının kapitallaşması yanvarın 7-də 832 mlrd. dollar səviyyəsini ötdükdən sonra yanvarın 17-də 2018-ci ilin hələlik minimal səviyyəsi olan 428 mlrd. dollar səviyyəsinə qədər geriləyib. "Bitcoin" bu gün yenidən 10 000 dollardan aşağı düşüb və hazırda 9400 dollara satılır. "Ripple"ın qiyməti isə 1 dollardan aşağı düşüb.
Kriptovalyuta bazarında satışların bir müddət davam edəcəyi və bazarın kapitallaşma həcminin 400 mlrd. dollardan aşağı düşəcəyi proqnozlaşdırılır. Daha sonra isə yenidən yüksəlişin başlayacağı və 2018-ci ildə bazarın kapitallaşmasının 1 trln. dolları ötəcəyi ehtimal edilir. Xatırladaq ki, "bitcoin" bazarda 33,4% kapitallaşma ilə liderliyini qoruyub saxlayır.
