
İstanbulun Nişantaşı rayonunda silahlı hücuma məruz qalan 2 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.
Musavat.com-un məlumatına görə, ölən Vədat Şahinin kriminal avtoritet Sədat Şahinin qardaşı olduğu bildirilir. Vədat Şahin və yanında olan 2 nəfər, naməlum şəxslər tərəfindən avtomat silahlarla vurulub.
Yaralılar vətəndaşların köməyi ilə xəstəxanaya aparılıb. Vedat Şahin və yanında olan Fərdi Topalın həyatını xilas etmək mümkün olmayıb.
Evren Aydının isə vəziyyətinin ağır olduğu bildirilir. Hadisə dünən axşam 22 radələrində baş verib.
.