
Krımda terror aktı törətmək istəyən 32 yaşlı Moldova vətəndaşı saxlanılıb.
Yenizaman-ın TASS-a istinadən xəbərinə görə, Kerç ərazisində saxlanılan Yevgeni Mixayloviç Kurdoğlu adlı şəxsin Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə su anbarının nasos stansiyasını partlatmaq istədiyi bildirilib.
Müəyyən edilib ki, Y.Kurdoğlu 2024-cü ilin aprelində internet şəbəkəsində tanış olduğu naməlum şəxslərə Ukraynanın ordu birləşmələrinin dislokasiya yeri və hərəkəti barədə informasiya ötürüb.
O, əvvəllər Ukrayna ərazisində oğurluq törətdiyinə görə məhkum olunub.
Faktla bağlı cinayət işi açılıb.
.