Rusiyanın nəzarəti altında olan Krım yarımadasının şimalında silsilə partlayışlar zamanı 2 nəfər xəsarət alıb.

TASS xəbər verir ki, bu barədə Krımın rəhbəri Sergey Aksenov açıqlama verib.

Rusiya Müdafiə Nazirliyi isə Krımın Mayskoe kəndində hərbi hissələrdən birində döyüş sursatlarının müvəqqəti saxlanıldığı ərazidə yanğın və sonradan partlayışların baş verdiyini açıqlayıb. Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

***

Rusiyanın nəzarəti altında olan Krım yarımadasının şimalında silsilə partlayışlar olub.

TASS xəbər verir ki, döyüş sursatları saxlanılan anbarda partlayış olduğu üçün yaxınlıqda yerləşən Mayskoe kəndi təxliyə olunub.

"Partlayışlar keçmiş fermada baş verib. Hazırda ərazi hərbçilərin müvəqqəti dislokasiya yeridir. Orada döyüş sursatlarının detonasiyası baş verib", - deyə yerli mənbə jurnalistlərə açıqlamasında bildirib.
 

.