"RİA Novosti" agentliyinin verdiyi məlumata görə, Krım muxtar vilayətinin baş naziri Sergey Aksenov Ukraynanın yeni hökuməti ilə danışıqlardan imtina edib. Buna səbəb Krım rəhbərinin rəsmi Kiyevin legitimliyini tanımamasıdır.
Sergey Aksenov mediaya açıqlamasında deyib ki, Ukraynadan gələn iki nümayəndə ilə fərdi görüş keçirsə də, hələlik rəsmi Kiyevlə muxtariyyət məsələsini müzakirə etməyə hazır deyil. "Onlarla sadəcə dəhlizdə danışmışıq. Bizimlə müzakirə aparmaq istəyən hökumətin legitimliyini tanımırıq. Əsas problem də budur.",-deyə Krımın baş naziri əlavə edib.
.