Krım Muxtar Respublikasının parlamenti martın 11-də müstəqillik bəyannaməsi qəbul edib. Bildirildiyinə görə, bəyannamənin lehinə iclasda iştirak edən 100 deputatdan 78-i səs verib.
Bəyannamədə deyilir ki, əgər 16 mart referendumunda Krım və Sevastopolun Rusiyanın tərkibinə keçməsi qərarı verilərsə, Krım özünü dərhal respublika tipli müstəqil dövlət elan edəcək və onu Rusiya Federasiyasının yeni subyekti kimi qəbul etmək üçün Rusiyaya müraciət edəcək.
Bəyannamədə BMT-nin Kosovo ilə bağlı 22 iyul 2010-cu ilə qərarına istinad olunur.
.