Kreml Moldovanın Rumıniya və NATO-ya qoşulmaq planları barədə ətraflı məlumata malik deyil.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib

“Xeyr, mən deməzdim ki, bizim bu məsələ ilə bağlı hər hansı ətraflı məlumatımız var. Digər tərəfdən, doğrudan da, biz yaxşı bilirik ki, Moldovada buna tərəfdar olan müəyyən qüvvələr var. Burada çox ehtimal birləşmə deyil, Moldovanın Rumıniya tərəfindən “udulmasından” söhbət gedir. Doğrudan da, Moldovada belə qüvvələr var. Biz bundan xəbərdarıq”, - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Moldovanın eks-prezidenti İqor Dodon hazırkı Prezidenti Maya Sandu və hakim partiyanın respublikanın Rumıniya və NATO-ya birləşdirilməsi üçün hər şeyi etdiklərini açıqlayıb.

.