Yaxın vaxtlarda Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli görüş keçirilə bilər.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

O, üçtərəfli görüşün tezliklə baş tuta biləcəyini söyləyib.

Bununla belə, Kremlin sözçüsü hələlik konkret məlumatın olmadığını deyib.

Peskov əlavə edib ki, Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev amerikalı danışıqçılarla təmaslarınl davam etdirir, lakin səfərin nəticələrini müzakirə etmək hələ tezdir.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Kiyev və Vaşinqtonun Brüssel və Moskva ilə məsləhətləşmələri davam etdirəcəyini və nəticələrini 10 gün ərzində müzakirə edəcəyini açıqlayıb. O, həmçinin qeyd edib ki, ABŞ Əbu-Dabidə üçtərəfli texniki görüşə hazırlıq təklif edib, lakin tarix hələ müəyyən edilməyib.

.