"Kiyev rejiminin başçısı Vladimir Zelenski, görünür, öz sülh planını ABŞ-nin son ukraynalıya qədər döyüşməklə bağlı diktə etdiyi siyasətin davamı kimi təqdim edir".

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskinin Ukraynanın Rusiya ilə müharibədə Qələbə planına münasibət bildirərkən deyib.

“Artıq neçə həftədir ki, bir növ müvəqqəti sülh planı haqqında danışılır... Çox güman ki, bu, Zelenskinin indi kamuflyaj edib “sülh” adlandırdığı, Amerikalıların sonuncu ukraynalıya qədər bizimlə döyüşmək planı ilə eynidir. Görünür, bu belədir. Orada hansısa başqa plan yoxdur", - deyə Kremlin sözçüsü vurğulayıb.

 

.