Kreml Ukraynadakı xüsusi əməliyyatın bütün vəzifələrinin yerinə yetiriləcəyinə şübhə etmir.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Əsas odur ki, Ukraynanı bu millətçi batalyonlardan azad edək. Əməliyyat davam edir və qarşıda duran vəzifələr hamıya məlumdur. Onlar yerinə yetirilməlidir və yetiriləcək. Buna heç bir şübhə olmamalıdır”, - Kremlin sözçüsü vurğulayıb.

Peskov qeyd edib ki, millətçi batalyonların mülki vətəndaşları girov götürmədiyi, sosial obyektlərə atəş açmadığı yerlərdə dinc həyat bərqərar olur.

.