“Ukraynada vəziyyət çox gərgindir. Bu ölkəyə silah tədarükü, NATO-nun hərbi manevrləri Ukrayna ətrafında gərginliyə gətirib çıxarır”.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz orada silah-sursat tədarükünü, müxtəlif manevrləri, NATO və Qərbi Avropa ölkələrinin aviasiya uçuşlarını görürük. Bütün bunlar Ukrayna ətrafında gərginliyə gətirib çıxarır”, - Kremlin sözçüsü vurğulayıb.
.