Kreml ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya gözlənilən səfərinə münasibət bildirib.

APA-nın Moskva bürosu xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə sadiqdir və ABŞ-ın vasitəçilik etmək xoşməramlılığı var.

"Mən heç nə açıqlamazdım. Amma bu təmaslar baş tutduqda sizə məlumat verəcəyik", - deyə o, jurnalistlərin amerikalı nümayəndələrin Moskvaya gözlənilən səfərini şərh edib.

O qeyd edib ki, Kreml sülh prosesində yeni fikir ayrılıqları barədə danışmağı vaxtından əvvəl hesab edir: "Ukraynada sülh yolu ilə həll üçün hazırda konkret ilkin şərtlər yoxdur, lakin iş davam edir və bu ehtimal istisna edilə bilməz. İki il əvvəl Prezident Vladimir Putin tərəfindən Xarici İşlər Nazirliyində səsləndirilən Rusiya Federasiyasının mövqeyi dəyişməs olaraq qalır".

Qeyd edək ki, bu gün TASS Uitkoff və Kuşnerin 5-6 sentyabr tarixlərində Moskva və Kiyevə səfər edəcəyi haqqında məlumat yayıb.

.