Kreml Türkiyə banklarının rusiyalı müştərilərinin problemlərindən xəbərdardır

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyası bu məsələdə türkiyəli tərəfdaşları ilə fəal dialoq aparır.

Peskov Türkiyə banklarının məlum addımı atmasında ABŞ-ni ittiham edib.

"Türkiyə bankları tərəfindən Rusiya şirkətlərinin hesablarının bağlanmasına ABŞ-ın Türkiyəyə açıq və aqressiv təzyiqləri səbəb olur", deyə Kremlin sözçüsü vurğulayıb.

.