
Kreml ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə bağlı sərt bəyanatlarına sakit yanaşır, çünki bu cür davranış ABŞ Prezidentinə xasdır.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml Trampın Vladimir Putinlə söhbəti zamanı 2024-cü ildə Moskvanı bombalayacağı ilə hədələdiyi barədə məlumatı təsdiq etməyib: “Kreml bunun feyk olub-olmadığını bilmir. O zaman danışıq olmayıb. Biz Trampın hələ prezident olmadığı dövrdən danışırıq”.
Kremlin sözçüsü Vaşinqtonla Moskva arasında heç bir fikir ayrılığının olmadığını qeyd edib. Onun sözlərinə görə, Rusiya və ABŞ-ın Ukraynadakı vəziyyəti siyasi və diplomatik yollarla həll etmək istəyi var: “Ukraynadakı vəziyyətin mürəkkəbliyi problemi dərhal diplomatiya yolu ilə həll etməyə imkan vermir. Moskva Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundunun baş tutacağını və dialoqun davam edəcəyini gözləyir. Rusiya və Ukrayna arasında birbaşa danışıqlar Kiyevin maraqlarına uyğundur, çünki yerdə vəziyyət hər gün ukraynalıların ziyanına dəyişir. Rusiya qoşunları irəliləyir və təhlükəsizliyi təmin etmək üçün bufer zonası yaradır”.
.