Rusiya Türkiyənin Suriyadakı vəziyyətlə əlaqədar təhlükəsizliklə bağlı narahatlığını anlayır, lakin bütün tərəfləri vəziyyəti çətinləşdirə biləcək addımlardan çəkinməyə çağırır.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz Türkiyənin öz təhlükəsizliyinin təmin edilməsi ilə bağlı narahatlığını başa düşürük və buna hörmətlə yanaşırıq. Hesab edirik ki, bu, Türkiyənin qanuni haqqıdır", deyə Kremlin sözşüsü vurğulayıb.

Peskov qeyd edib ki, Rusiya bütün tərəfləri bütövlükdə vəziyyətin ciddi şəkildə de-stabilləşməsinə gətirib çıxara biləcək addımlardan çəkinməyə çağırır.

.