Kreml hələ də Ukraynadakı münaqişənin diplomatik yolla həlli üçün heç bir perspektiv görmür.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Ukraynaya tankların tədarükü ilə bağlı danışan Peskov qeyd edib ki, Almaniya və ABŞ-da bu məsələ ilə bağlı çoxlu bir-birini inkar edən bəyanatlar var. O, bir çox mütəxəssislərin bu fikrin absurdluğunu başa düşdüyü qənaətindədir.

"Ukraynaya “Abrams” tanklarının tədarükü planı texnoloji aspektlər baxımından kifayət qədər uğursuzdur", - Kremlin sözçüsü vurğulayıb.

O, Almaniyanın Ukraynaya mümkün tank tədarükü fonunda Moskvanın Berlinlə danışıqlar aparmadığını da söyləyib.

.