Rusiya və Belarus planlaşdırıldığı kimi, “Qərb-2025” təlimlərini keçirəcək.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, təlimlər olacaq.

“Bunlar planlaşdırılmış təlimlərdir. Onlar heç kimə qarşı yönəlməyib. Söhbət iki strateji müttəfiq arasında hərbi əməkdaşlığın davam etdirilməsindən və qarşılıqlı fəaliyyətin həyata keçirilməsindən gedir. Biz heç kimə sirr olmayan bu xəttimizi davam etdirəcəyik. Bütün bu hərəkətlər heç bir üçüncü ölkəyə qarşı yönəlməyib”, - Kremlin sözçüsü qeyd edib.

.