Rusiya Ukraynadan danışıqlar prosesi çərçivəsində təkliflərinə cavab gözləyir.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bizim ən son versiyadakı təkliflərimiz rəqiblərimizə, Ukrayna danışıqlar heyətinə verildi. Cavab gözləyəcəyik. Baxmayaraq ki, biz sizinlə prezident Zelenskinin heç bir mətni almadığı və görmədiyi barədə bəyanatını eşitmişik. Bu da müəyyən suallar doğurur: niyə prezident Zelenskiyə bizim təkliflərimiz barədə məlumat verilmir”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rusiya tərəfi təkliflərlə bağlı sənəd layihəsini aprelin 15-də Ukrayna tərəfinə təhvil verdiyini açıqlayıb. Ukrayna prezidenti Zelenski isə Rusiyanın təklifini hələ görmədiyini bildirib.

Peskov: Ukraynada xüsusi əməliyyat plan üzrə davam edir

Ukraynada xüsusi əməliyyat plan üzrə davam edir.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, prezident Vladimir Putinə hərbçilərin xətti ilə Ukraynadakı xüsusi əməliyyatın gedişatı barədə saatbaşı məruzə olunduğunu söyləyib.

.