Rusiya prezidentinin Novqorod vilayətindəki iqamətgahına edilən hücum Trampın Ukrayna münaqişəsinin həlli səylərini pozmaq məqsədi daşıyır.
Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, prezident iqamətgahına edilən hücumdan sonra Rusiya Ukrayna ilə bağlı danışıqlar mövqeyini sərtləşdirəcək.
Kremlin sözçüsü vurğulayıb ki, Putin və Tramp etibarlı dialoqlarını davam etdirirlər və Rusiya danışıqlar prosesindən geri çəkilmək niyyətində deyil.
Peskov Novqorod vilayətindəki iqamətgahına hücumu zamanı Putinin harada olması ilə bağlı suala cavab verməkdən isə imtina edib: "Bu mövzu heç bir ictimai müzakirə mövzusu deyil".
Kremlin rəsmi nümayəndəsi Ukraynanın prezident iqamətgahına hücum cəhdinə Moskvanın cavabının hərbçilər tərəfindən veriləcəyini söyləyib: "Rusiya hərbçiləri necə, nə ilə və nə vaxt cavab verəcəklərini bilirlər".
.
