Moskva İstanbulda Rusiya ilə Ukrayna arasında danışıqlarda hansısa irəliləyişlərin olduğunu qeyd edə bilməz. Hələ çox uzun iş görülməlidir.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov dünən İstanbulda Rusiya və Ukrayna arasında aparılan danışıqlarla bağlı sualı cavablandırarkən bildirib.
“Birincisi, həmkarım Medinski daha ətraflı izahat verəcək. O, bu gün bunu etməyə hazırlaşır. İkincisi, müsbət hal odur ki, Ukrayna tərəfi, ən azı təklif etdiklərini konkret şəkildə formalaşdırmağa və kağıza köçürməyə başlayıb. Bu, müsbət amildir. Qalanlarına gəlincə, biz danışıqlarda hansısa irəliləyişlərin olduğunu deyə bilmərik, hələ görüləcək çox uzun iş var”, - Kremlin sözçüsü vurğulayıb.
İstanbulda danışıqların niyə iki gün deyil, bir gün davam etməsini şərh edən Peskov danışıqların baş tutduğunu, başa çatdığını, nümayəndə heyətlərinin mövqeləri razılaşdırmaq və uyğunlaşdırmaq üçün öz mərkəzlərinə getdiyini qeyd edib.
.
