Rusiya nüvə arsenalını artırmağı planlaşdırmır.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, sentyabrın 25-də Təhlükəsizlik Şurasında bu barədə heç bir söhbətin getmədiyini söyləyib.

Putinin sözçüsü yenilənmiş nüvə doktrinasının mətninin dərci ilə bağlı qərar qəbul edilərsə, Kremlin vaxtında məlumat verəcəyini vurğulayıb.

.