Rusiya Finlandiya və İsveç üçün heç vaxt təhlükə yaratmayıb və yaratmır.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Prezident Putinin sözlərini xatırlatmaq istərdim ki, Rusiya Federasiyası heç vaxt Finlandiya və ya İsveç üçün heç bir təhlükə yaratmayıb və yaratmır. Necə ki, bu ölkələr bizim üçün heç bir təhlükə yaratmayıb. Prezident Putin bunu dəfələrlə bəyan edib", - deyə Kremlin sözçüsü vurğulayıb.

.