“Rusiya, Ermənistan və Azərbaycanın üçtərəfli sammiti hansısa mərhələdə zəruri olacaq, lakin bunun üçün bütün tərəflərin razılığı lazımdır”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Sözsüz ki, hansısa mərhələdə belə təmaslar zəruri olacaq, lakin bu təmasların mümkün olması üçün üç tərəfin razılığı və buna hazır olması lazımdır”, - deyə Peskov vurğulayıb.

Kreml Azərbaycan və Ermənistan arasında vəziyyəti sabitləşdirməyin yeganə yolu kimi üçtərəfli bəyanatların icrasını görür

Rusiya Ermənistan və Azərbaycan arasında vasitəçiliyini davam etdirəcək.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, vəziyyəti sabitləşdirmək yalnız Qarabağ üzrə ümumi razılaşmaların həyata keçirilməsi ilə mümkündür.

“Biz hələ də ümid edirik ki, vəziyyəti sabitləşdirməyin yeganə yolu üçtərəfli bəyanatların həyata keçirilməsidir. Hesab edirik ki, bütün ölkələr ilk növbədə götürdükləri öhdəliklərə əməl etməlidir və bu, belə insidentlərin yenidən baş verməməsinin zəmanəti olacaq”, - Kremlin sözçüsü vurğulayıb.

.