Rusiya ilə ABŞ arasında münasibətləri normallaşdırmağın yeganə yolu Vaşinqtonun hegemonizmdən imtina etməsi və Rusiyanın heç kimin vassalı olmayacağını başa düşməsi ola bilər.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Yeganə yol dünya məsələlərində hegemonizm siyasətindən əl çəkmək və başa düşməkdir ki, Rusiya heç kimin vassalı - sözün istənilən mənasında ola bilməz və olmayacaq da... Rusiya ilə ancaq qarşılıqlı fayda, qarşılıqlı hörmət əsasında danışmaq olar, onda növbəti təmasları planlaşdırmaq üçün vaxt gələcək”.

Peskov onu da bildirib ki, Rusiya və ABŞ arasında ünsiyyət artıq əvvəlki kimi olmayacaq. Onun sözlərinə görə, indi Moskva onlarla sərt dialoq aparacaq: "Bəli, biz fərqli ünsiyyət quracağıq, köhnə qaydada ünsiyyət olmayacaq. Onlarla sərt danışacağıq".

Qeyd edək ki, Rusiya və ABŞ arasında yüksək səviyyədə əyani görüş sonuncu dəfə ötən ilin iyunun 16-da Cenevrədə keçirilib. Cenevrə sammiti adını alan görüşdə Vladimir Putin və Co Bayden iştirak ediblər.

.