
“Bu, Putinin Rusiya qoşun qruplaşmasının qərargahına hərbi geyimdə ilk səfəri deyil”.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov sentyabrın 16-da Rusiya Prezidenti Vladimir Putinin Nijni-Novqorod vilayətindəki Mulino poliqonunda keçirilən “Qərb-2025” təlimlərinə hərbi geyimdə qatılmasına münasibət bildirərkən deyib.
Kremlin sözçüsü bunun yeni forma olmadığını, Putinin əvvəllər də həmin geyimdə olduğunu vurğulayıb.
“Burada haqqsızsınız və diqqətsizsiniz”, - Putinin sözçüsü bildirib.
.