
Kreml Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen Inla Şərq İqtisadi Forumunda gözlənilən görüşü barədə məlumatı təsdiqləməyib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu məlumatı təsdiqləyə bilməyəcəyini söyləyib.
"Xeyr, edə bilmərik. Bu mövzuda sizə deyəcək heç nə yoxdur", - deyə Kremlin sözçüsü jurnalistlərin qərb mətbuatının Putinin Şimali Koreya lideri ilə Vladivostokda görüşə biləcəyi ilə bağlı məlumatı ilə bağlı müvafiq sualına cavab verib.
Qeyd edək ki, VIII Şərq İqtisadi Forumu 10-13 sentyabr 2023-cü il tarixlərində Vladivostokda Uzaq Şərq Federal Universitetinin kampusunda keçiriləcək. Forumun plenar iclası isə 12 sentyabr tarixində baş tutacaq. Kremldən verilən məlumata görə, Putinin forumun plenar iclasında iştirakı plalaşdırılıb.
.