Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp dünən Milad atəşkəsini müzakirə etməyiblər.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Dmitri Peskov bildirib ki, Putin və Zelenski arasında mümkün telefon danışığı müzakirə olunur.

O, Kremlin Ukrayna sülh planının bəzi məqamları, o cümlədən Donbasda "azad iqtisadi zona" və Zaporojye Atom Elektrik Stansiyasının idarə olunması məsələsi ilə bağlı açıq şəkildə şərh verməyi məqsədəuyğun hesab etmədiyini vurğulayıb.

Ukrayna qoşunlarını Donbasdan tamamilə çıxarmalıdır.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə Ukrayna hərbi əməliyyatlara son qoymaq üçün qoşunlarını Donbasdan çıxarmalıdır.

Ukrayna qoşunlarının çıxarılması tələbinin Zaporojye və Xerson vilayətlərinə də aid olub-olmadığı ilə bağlı suala cavab olaraq Putinin sözçüsü qeyd edib ki, Moskva sülh planının konkret müddəalarını müzakirə etməyi planlaşdırmır.

.