Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında danışıqların yeni raundu yaxın zamanda baş tuta bilər.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Əlbəttə, danışıqların yeni raundu mümkündür. Şübhəm yoxdur ki, əgər prezidentlər zəruri hesab etsələr, onların görüşü çox tez təşkil oluna bilər", - D.Peskov qeyd edib.

Onun sözlərinə görə, danışıqların təşkilini ən qısa müddətdə həyata keçirmək olar.

.