Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədri Si Cinpinlə telefon danışığı zamanı ikitərəfli və beynəlxalq gündəliyin cari məsələlərini, həmçinin Putinin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Çinə səfərini müzakirə edib.

Rusiya KİV-i xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Rusiya Prezidenti iki ölkə arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı fəaliyyət ruhunda avqustun 6-da ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff ilə söhbətinin əsas nəticələrini ÇXR sədrinə çatdırıb. Si Cinpin verilən məlumata görə təşəkkür edərək Ukrayna böhranının uzunmüddətli nizamlanmasına dəstəyini ifadə edib”, - məlumatda deyilir.

.