“Putin Ukrayna ilə danışıqlar aparmaq üçün Minskə nümayəndə heyəti göndərməyə hazırdır”.

TASS xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov açıqlama verib.

“Zelenski Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olduğunu bildirib. Öncədən Putin Ukraynadakı əməliyyatın “DXR” və “LXR”-ə Ukraynanın demilitarizasiyası və denafikasiyası yolu ilə yardım etmək olduğunu açıqlamışdı”, - bildirib.

Peskov Minskdə danışıqlar üçün Rusiya tərəfinin Xarici işlər və Müdafiə nazirlikləri və Prezident Administrasiyasının əməkdaşlarından ibarət heyət göndərməyə hazır olduğunu vurğulayıb.

.