Ukrayna üçtərəfli Rusiya-Çin-ABŞ sammitinin əsas mövzusu olmayıb.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Kreml Şençjendə keçirilən üçtərəfli sammitin bəzi təffərrüatlarını da açıqlayıb. Bildirilib ki, Rusiya tərəfindən görüşdə xarici işlər naziri Sergey Lavrov, prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov, maliyyə naziri Anton Siluanov, müdafiə naziri Andrey Belousov və prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Maksim Oreşkin sammitdə iştirak ediblər.

ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerin də üçtərəfli görüşdə iştirak etdiyi bildirilib. Uitkoff və Kuşnerdən əlavə, ABŞ-ı dövlət katibi Marko Rubio, Xəzinədarlıq katibi Skott Bessent və Ağ Evin yeni aparat rəhbəri Stiven Miller təmsil edib.

Görüşdə Çinin xarici işlər naziri Vanq Yi və xarici işlər nazirinin müavini Ma Çjaosyu, Çinin Rusiya və ABŞ-dakı səfirləri Çjan Hanhui və Se Fenq, eləcə də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Ofisinin direktoru Çay Çi iştirak edib.

Qeyd edək ki, Rusiya, Çin və ABŞ liderləri arasında ilk üçtərəfli görüş bu gün Çinin Şençjen şəhərində baş tutub. Görüş təxminən bir saat yarım davam edib.

.