“Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun Türkiyədəki təlimlərini müzakirə etməyib. Rusiya Ankaranın NATO üzvü olduğunu yaxşı dərk edir”.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Xeyr, bu mövzu müzakirə olunmayıb. Hər bir təlim böyük diqqətlə izlənilir. Lakin Türkiyə Şimali Atlantika Alyansının üzvüdür və biz bunun yaxşı fərqindəyik”, - Kremlin sözçüsü vurğulayıb.

.