Putinlə Ərdoğan Soçidə iqtisadiyyatı, Suriyanı və Ukraynanı müzakirə edəcək.

TASS xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

O, həmçinin, tərəflərin taxıl razılaşmasının reallaşması ilə bağlı müzakirə aparacaqlarını əlavə edib.

Qeyd edək ki, avqusutun 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə Soçidə görüşəcək.

.