Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putin və Co Bayden arasında danışıqlar üçün şərtləri açıqlayıb.

Rusiya mediasına açıqlamasında Peskov bildirib ki, bunun üçün ABŞ Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı narahatlığını dinləməli və dekabr-yanvar aylarındakı vəziyyətə qayıtmalıdır.

“ABŞ-ın bizim narahatlıqlarımızı dinləmək istəyi olmalıdır. Yəni, ABŞ dekabr-yanvar aylarındakı vəziyyətə qayıtmalı və özünə sual verməlidir: rusların təklif etdikləri hamısı bizi qane etmir, amma bəlkə yenə də danışıqlar masasına oturmağa dəyər? Mən həm Brüsselə, həm də Vaşinqtona təqdim olunan sənəd layihələrini nəzərdə tuturam”, - deyə Kremlin sözçüsü vurğulayıb.

.