“Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğraması işi ilə Rusiya İstintaq Komitəsi məşğul olur.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Priqojinin təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işinin Rusiya tərəfinin araşdırması olduğunu söyləyib: "Beynəlxalq araşdırmadan söhbət gedə bilməz. Müxtəlif versiyalar nəzərdən keçirilir, onların arasında qəsdən törədilmiş pis əməl də var" - deyə Rusiya prezidentinin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Braziliya Rusiyanı Priqojinin təyyarəsinin qəzasını birgə araşdırmağa dəvət edib. Təyyarənin Braziliya şirkəti tərəfindən istehsal edildiyini əsas gətirən Braziliya tərəfi Moskvaya hadisəni birgə araşdırmağı təklif edib. Lakin Moskva dəlilləri təkbaşına araşdırmaq qərarına gələrək Braziliyaya Priqojinin ölümünü araşdırmağa icazə verməyib.

.