Kreml prezident Vladimir Putinin nüvə silahından çəkindirmə ilə bağlı müşavirənin açıq formatda keçirilməsinə aydınlıq gətirib.
Kremlin sözçüsü Dmitri Peskov Putinin nüvə silahından çəkindirmə üzrə müşavirənin açıq formatda keçirilməsinin geosiyasi vəziyyətlə bağlı olduğunu söyləyib.
"Bu, son bir ildə ilk belə müşavirədir. Bundan əvvəl belə müşavirələr heç vaxt açıq şəkildə keçirilməyib. İndi bu, geosiyasi vəziyyət və ətrafımızdakı qarşıdurmanın ümumi səviyyəsi ilə bağlıdır”, - deyə Kremlin rəsmisi vurğulayıb.
Qeyd edək ki, sentyabrın 25-də Putin nüvə silahı çəkindirməsi sahəsində dövlət siyasətinin əsaslarına planlaşdırılan dəyişikliklərlə bağlı Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərinin müşavirəsini keçirib. Müşavirədə Putin Rusiyanın nüvə dövlətinin iştirakı və ya dəstəyi ilə qeyri-nüvə dövlətinin təcavüzü halında nüvə silahından istifadə edəcəyini açıqlayıb.
.