Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın paytaxtı Moskvaya pilotsuz uçuş aparatlarının (PUA) hücumu ilə bağlı açıqlama verib.

O, hücumla bağlı hansısa planın gündəlikdə olmadığını söyləyib.

Kremlin sözçüsü həmçinin Prezident Vladimir Putinin bu barədə danışmayacağını vurğulayıb.

D.Peskov hücum nəticəsində itkilərin və şəhər sakinləri üçün heç bir təhlükənin olmadığını bildirib.

Qeyd edək ki, mayın 30-da Moskvaya PUA ilə hücum olub. Hadisə nəticəsində iki nəfərin yaralandığına, bir neçə binaya ziyan dəydiyinə dair xəbərlər yayılıb.

.