Kreml Moskvanın “Alıye Parusa” yaşayış kompleksində baş verən partlayışı şərh etmir.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, hadisə yerində xüsusi xidmət orqanları və mütəxəssislər işləyir
"Xüsusi xidmət orqanları öz işlərini görür. Məlumat dəqiqləşdirilir, iş aparılır. Əlbəttə ki, hazırda bizim nəyisə şərh etməyimiz mümkün deyil", - deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Moskvada Aviasionnaya küçəsində yerləşən “Alıye Parusa” yaşayış kompleksində partlayış baş verib. Yaşayış kompleksinin foyesində əldəqayırma partlayıcı qurğu işə salınıb. Nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Məlum olub ki, Ukraynada Rusiyanın tərəfində döyüşən erməni batalyonu olan “Arbat”ın yaradıcısı, qondarma Donetsk Xalq Respublikasının Boks Federasiyasının prezidenti Armen Sarkisyana sui-qəsd həyata keçirilib. İstintaqın versiyasına görə, erməni batalyonunun yaradıcısı mühafizçəliləri ilə birlikdə yaşayış kompleksinə daxil olarkən bomba işə düşüb. 1 kiloqram tratil gücündə olan bomba yaşayış kompleksinin foyesinə ciddi zərər vurub. Yarlıların vəziyyətinin ağır olduğu, Sarkisyanın reanimasiyada keçindiyi bildirilib.
.