İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi münasibətilə Moskvada keçiriləcək parad ərəfəsində MDB-nin qeyri-rəsmi sammiti planlaşdırılır.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.


“Qələbə Günü ərəfəsində Moskvada MDB-nin qeyri-rəsmi sammiti və bir çox digər ikitərəfli təmaslar planlaşdırılır”, - deyə Peskov qeyd edib.


Kremlin sözçüsü qələbənin 80 illiyi şərəfinə keçiriləcək parada dost olmayan ölkələrin başçılarının Moskvaya dəvət olunmayacağını da söyləyib:

“Biz qeyri-dost ölkələrin başçılarını dəvət etməyəcəyik. Dəvət olunanlar ilk növbədə MDB dövlətlərinin liderləri olacaq”.

.