“Türk axını” qaz kəmərində təxribat törətməyi planlaşdıran diversantlar saxlanılıb və həbs edilib.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Onlar artıq "Türk axını"na da müdaxilə ediblər. Təxribatçılar ələ keçirilib , bir neçə nəfər həbs edilib, onlar bizim ərazimizdə bizim obyektimizi partlatmaq istəyiblər", - deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov bildirib ki, bu, funksional vəziyyətdə olan, tam yüklənmiş, saat kimi işləyən marşruta müdaxilədir. O, həmçinin qeyd edib ki, bu işdə müəyyən qüvvələrin əli var:

"Putin bu qüvvələrin mümkün mənşəyi ilə bağlı eyhamlar vurub. Bu eyhamları şərh etmək sizin ixtiyarınızdadır", - deyə Kreml sözçüsü əlavə edib.

.