“Rusiya Federasiyası hələ də “Taliban” hərəkatını tanımayıb, lakin onlar faktiki olaraq Əfqanıstan ərazisinin böyük hissəsini ələ keçiriblər”.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Bilirsiniz ki, Rusiya hələ də “Taliban”ı tanımayıb. Daha əvvəl dediyimiz kimi, Rusiya vəziyyətin inkişafını çox yaxından izləyir. Həqiqətən də, “Taliban”ın Əfqanıstanda hakimiyyətdə olduğunu hesab edirik. “Taliban”ın hakimiyyətə gəlməsi və Əfqanıstan ərazisinin böyük bir hissəsini ələ keçirməsi faktiki olaraq başa çatmış bir prosesdir”, - deyə Kremlin sözçüsü vurğulayıb.

.