Rusiyanın xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri, ordu generalı Sergey Şoyqu hökumətdəki vəzifələrində qalacaqlar.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, S. Lavrov və S. Şoyqunun Dövlət Dumasına getməyəcəklərini qeyd edib.

Xatırladaq ki, 19 sentyabrda VIII çağırış Dövlət Dumasına keçirilmiş seçkilərdə hakim “Vahid Rusiya” partiyasının siyahısında ilk “beşlik”də S. Lavrov və S. Şoyqu olub.

.