Kursk vilayətinə edilən hücuma mütləq cavab veriləcək.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Burada ayrıca qərardan söhbət getmir. Təbii ki, bu cür düşmənçilik hərəkətləri müvafiq cavabsız qala bilməz. Cavab mütləq olacaq", - deyə Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Ukrayna Rusiyanın Kursk vilayətinə hücum edərək bir sıra yaşayış məntəqələrini ələ keçirib.

.