Rusiya Federasiyasının xüsusi xidmət orqanları və dövlət qurumları öz funksiyalarını layiqincə yerinə yetirirlər.
Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun silahlı qiyam zamanı Kremlin Federal Təhlükəsizlik Xidmətinin işindən razı qalıb-qalmaması ilə bağlı suala cavabında bildirib.
Kremlin sözçüsü Krım rəhbəri Sergey Aksyonova sui-qəsd cəhdi ilə bağlı yayılan məlumatı da şərh edib. Bildirib ki, Krımın başçısı Aksyonov döyüşçüdür və sui-qəsd onu qorxuda bilməz.
.
