Kreml Rusiya prezidenti Vladimir Putinlə BMT Baş katibi Antonio Quterreş arasında Kazanda keçirilən danışıqların niyə qapalı keçirilməsinə aydınlıq gətirib.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin-Quterreş görüşü BMT Baş katibinin xahişi ilə qapalı keçirilib.

Kremlin sözçüsü Putin və Quterreşin Kazanda keçirilən görüşdə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi apardıqlarını söyləyib.

Qeyd edək ki, oktyabrın 22-24-də Kazan şəhərində BRİCS sammiti keçirilib. 30-dan çox ölkə başçısının iştirak etdiyi tədbirsə BMT Baş katibi də iştirak edib.

.