Kreml Finlandiya və İsveçin NATO-ya üzv olmaq qərarından narahatdır və bunun nəticələrini dərindən təhlil edəcək.

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu, ciddi məsələdir, bu, bizim narahatlığımıza səbəb olan məsələdir. Finlandiya və İsveçin NATO-ya daxil olmasının təhlükəsizlik nöqteyi-nəzərindən hansı nəticələrə gətirib çıxaracağını çox diqqətlə izləyəcəyik. Bizim nə Finlandiya, nə də İsveçlə ərazi mübahisəmiz var. Halbuki Ukrayna da potensial olaraq NATO-ya üzv ola bilərdi, o zaman Rusiyanın alyansda iştirak edən dövlətlə ərazi mübahisəsi yaranardı. Rusiya əmindir ki, Finlandiya və İsveçin NATO-ya daxil olması Avropada təhlükəsizlik arxitekturasını gücləndirməyəcək”, - Peskov vurğulayıb.

Onun sözlərinə görə, Moskva bu məsələni diqqətlə izləyir. "Bunun mümkün nəticələrinin çox dərin təhlilinə əsas var. Biz düşünmürük ki, Finlandiya və İsveçin NATO-ya daxil olması qitəmizdə təhlükəsizlik arxitekturasını hansısa şəkildə gücləndirəcək və təkmilləşdirəcək".

.