Rusiyanın fevralın 20-dən sonra Ukraynaya hücum edəcəyi ilə bağlı xəbər feykdir.

TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.

“Güman ki, növbəti feyk ortaya çıxıb. Ümid edirəm ki, siz və biz buna inanmayacağıq”, - o söyləyib.

Peskov buna qədər də Rusiyanın Ukraynaya dəqiq hücum tarixi ilə bağlı versiyaların yazıldığını xatırladıb və bu informasiyaların heç birinin gerçəkliyi əks etdirmədiyini əlavə edib.

.