Rusiya və Türkiyə prezidentləri oktyabrın 13-də görüşəcək.

Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan Ukraynadakı vəziyyəti və Rusiya-Türkiyə ikitərəfli münasibətlərini müzakirə edəcəklər.

Qeyd edək ki, Putin-Erdoğan görüşü Qazaxıstan paytaxtı Astanada MDB ölkə başçılarının və Rusiya-Mərkəzi Asiya sammitləri çərçivəsində keçiriləcək.

.