Kirill Dmitriyev artıq Putinə Mayamiyə səfərinin bütün nüansları barədə ətraflı məlumat verib.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Kreml Dmitriyevin Mayamidən hansı sənədləri gətirdiyini mətbuata açıqlamağı məqsədəuyğun hesab etmir.

Qeyd edək ki, Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ötən həftə sonu ABŞ-a səfər edib. Mayamidə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerlə Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanmasını müzakirə edib.

Peskov Zelenskinin 20 maddəlik sülh planının bəndlərini açıqlamasına münasibət bildirməyib

Kreml Ukraynanın 20 bəndlik sülh planı ilə bağlı mediada yayılan məlumatlara şərh verməkdən imtina edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kiyevin 20 maddəlik sülh planı ilə bağlı xəbərlərə münasibət bildirməyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski 20 maddəlik sülh planının bəndələrini açıqlayıb.

.