
Kreml Ukrayna tərəfinin Rusiya PUA-larının Çernobıl Atom Elektrik Stansiyasının dağılmış enerji blokunu vurması məlumatına münasibət bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Rusiyaya məxsus dronların gecə saatlarında Çernobıl Atom Elektrik Stansiyasının dağılmış enerji blokunu vurması və qoruyucu sarkofaqı zədələməsi ilə bağlı ittihamlarını növbəti təxribat adlandırıb.
"Çox güman ki, söhbət növbəti təxribatdan, saxtakarlıqdan gedir. Kiyev rejimi məhz bunu sevir və bəzən etməkdən çəkinmir", - Kremlin sözçüsü vurğulayıb.